18 yaşlı gənc öldü, prokurorluqda araşdırma aparılır

12:33 05.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.

Hafta.az xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. /qafqazinfo/